Ali Koça “Göztəpə”nin meydanında hücum oldu – Video


Türkiyə Superliqasında “Fənərbağça”nın matçı zamanı növbəti dəfə qalmaqal yaşanıb.
Yeniavaz.com
“Fanatik”ə istinadla xəbər verir ki, səfərdə “Göztəpə” ilə qarşılaşan “Sarı-lacivərtlilər” ilk hissəni 0-2 hesabı ilə öndə tamamlayıb.
Fasilə zamanı “Fənərbağça”nın prezidenti Ali Koç qonaq azarkeşlərin onlar üçün ayrılmış tribunalara buraxılmaması səbəbindən meydançaya enib və dəstəyini göstərmək üçün həmin istiqamətə gedib. Bu vaxt meydan sahibinin azarkeşləri Ali Koça müxtəlif əşyalar tullayıblar. Tribunalardan atılan su qabı onun üzünə dəyib. “Göztəpə”nin akkreditasiya kartı ilə təmin edilmiş Fatih Özkan adlı şəxs də meydançaya daxil olub və Ali Koçu itələyərək yerə yıxıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə ara sakitləşib və daha sonra Ali Koç onun üçün ayrılmış yerə qayıdıb, ikinci hissəni izləyib.
Görüş 2-2 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top