FHN-ə məxsus amfibiya təyyarəsi kömək məqsədilə Türkiyəyə göndərildi – Fotolar


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola salınıb.
Yeniavaz.com
xəbər verir ki, FHN-in yaydığı məlumata əsasən, artıq təyyarə Türkiyəyə çatıb.
Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top