Hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilir


Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana yeni əlavə edilib.
Yeniavaz.com
xəbər verir ki, Fərmana əlavə olunan 3-1 bənddə deyilir ki, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Həmin orqanlar və hüquqi şəxslər tərəfindən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının ölkə ərazisində satınalma müqavilələri barədə məlumat bu müqavilələr bağlanıldığı vaxtdan bir ay müddətində Müdafiə Sənayesi Nazirliyinə verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top