Yurgen Klopp məşqçiliyə qayıdacaq


“Liverpul”un və “Borussiya Dortmund”un keçmiş baş məşqçisi Yurgen Klopp “Borussiya”nın keçmiş futbolçuları Lukaş Pişek və Yakub Blaşikovskinin vida matçında bir günlük məşqçiliyə qayıdacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya komandasının mətbuat xidməti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Qeyd edək ki, Klopp 2015-ci ilin payızından “Liverpul”a rəhbərlik edib. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.
Alman mütəxəssis 2008-2015-ci illərdə “Borussiya”da baş məşqçi olub. O, komanda ilə birlikdə ikiqat Almaniya çempionu olub.
“Uzun müddətdir normal həyat sürməmişəm. Normal həyat sürmək üçün çox qocalmağı gözləmək istəmirəm. Bunun nə olduğunu başa düşmək üçün heç olmasa cəhd etməliyəm” - Klopp qərarını izah edib.
Xatırladaq ki, mayın 19-da “Mançester Siti” ardıcıl dördüncü dəfə İngiltərə Premyer Liqasının  qızıl medalını qazanıb.
Bu mövsüm də qələbə uğrunda mübarizə aparan “Liverpul” mövsümün sonunda London “Arsenal”ını geridə qoyaraq ilk üçlüyü tamamlayıb.

DİGƏR XƏBƏRLƏR

Top