“Comex” birjasında ticarət zamanı qızılın qiyməti tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə birja məlumatlarına istinadla “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, bu artım etibarlı aktivlərə güclü tələbat hesabına baş verib. Agentliyin məlumatına görə, hazırda sentyabr qızıl fyuçersləri bir unsiya üçün 2493 dollardan yuxarı satılır ki, bu da demək olar ki, 1,4% bahalaşma deməkdir.