
“Mastercard” yenidən təşkili çərçivəsində mövcud olduğu 80-dən çox ölkədəki işçilərinin 3%-ni və ya təxminən 1000 nəfərini ixtisar etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi korporasiya nümayəndəsinin elektron poçtuna istinadla məlumat yayıb.
Onun sözlərinə görə, bu tədbirlər şirkətin böyümə sahələrinə yenidən bölüşdürüləcək resursları azad etməyə yönəlib.
“Mastercard” sözçüsü əlavə edib ki, ixtisar prosesinin böyük hissəsinin sentyabrın 30-da başa çatdırılması gözlənilir.
Qeyd edək ki, korporasiyanın işçi heyəti 2023-cü ilin sonunda 33 400 nəfər olub, onların 67%-i ABŞ-dən kənarda işləyir.
Tətbiqimizi yükləyə bilərsiniz