“Atamın mobil telefonu onu asan hədəfə çevirib” – Əbdüssalam Haniyə


İyulun 31-də Tehranda güclü mühafizə olunan qonaq evində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının mobil telefonunun izini müəyyən edən raketlə hədəfə alındığını açıqlayıb
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.  
“İdarə olunan raket atamın otağında başının yanında olan mobil telefonunu izləməklə istiqamətləndirilib. Məncə, otaqda bomba olması ilə bağlı yayılan xəbər heç də həqiqətə uyğun deyil. Mühafizəçilər və digər müşavirlər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular, ona görə də aydındır ki, bomba olsaydı, bütün bina partlayardı”, - deyə Əbdüssalam Haniyə bildirib.
Onun sözlərinə görə, atasının mobil telefonu onu asan hədəfə çevirib. Əbdüssalam Həniyə bildirib ki, atası həmin gün davamlı olaraq telefon danışıqları aparıb və öldürüldüyü gecə saat 22:15-ə qədər telefondan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top