Azərbaycanda ixrac 4,7 milyard dollar azalıb, idxal 1,2 milyard dollar artıb


Bu ilin ilk 7 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard 892 milyon 120,5 min dollar olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 16 milyard 98 milyon 920 min dollarını ixrac, 10 milyard 793 milyon 201 min dollarını idxal təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 3,4 milyard dollar azalıb. Bu dövrdə ixrac 4,7 milyard dollar azalıb, idxal isə 1,2 milyard dollar artıb.
Əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk 7 ayında İtaliyaya 5 milyard 921 milyon dollar dəyərində məhsul (xam neft) ixrac olunub. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 2-ci (3,6 milyard dollar), Rusiya 3-cü (2,6 milyard dollar), Çin 4-cü (1,97 milyard dollar), İsrail isə 5-ci (1,15 milyard dollar) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top