İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayının 321 nəfər olduğunu bildirib.
MSK sədri diqqətə çatdırıb ki, 46 ölkədən olan beynəlxalq müşahidəçilər 39 qurumu təmsil edir.
O, həmçinin növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayını da açıqlayıb.
MSK sədrinin bildirdiyinə görə, yerli müşahidəçilərin sayı 93 964 nəfərə çatıb: “Onlardan 5859-u MSK-da, 88 105-i isə Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb”.