Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də, ölkənin Müstəqillik Günündə Ermənistana səfər edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti Fransanın erməni icmasındakı mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazır ki, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir.
Qəzet xatırladır ki, hələ 2021-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu Yerevanda gözlədiyini bildirib. Lakin səfər heç vaxt baş tutmayıb.
Qeyd edək ki, Fransa Prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib.