
Kanada Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə verilən silahların Rusiya ərazisində istifasinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
“Kanada Ukraynaya verdiyi hərbi texnikanın istifadəsinə coğrafi məhdudiyyətlər qoymur”, - Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi Andre-Ann Pulen bildirib.
Telekanal qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk ərazisinə hücumu zamanı Kanada hərbi texnikasından istifadə edib-etmədiyi məlum deyil.
Bildirilib ki, Kanada Ukrayna Silahlı Qüvvələrinə 8 Leopard 2A4 tankı, onlarla zirehli texnika, yüzlərlə zirehli patrul avtomobili, həmçinin M777 haubitsaları verib.
Qeyd edək ki, 2022-ci ildən bu yana Kanada Ukraynaya 4,5 milyard dollarlıq hərbi yardım edib.