
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin komandaları teledebatların tarixləri ilə bağlı razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidentliyinə iki əsas namizəd arasında teledebatların birinci raundu sentyabrın 10-da baş tutacaq.
Güman edilən vitse-prezidentlər Tim Uolls və Ceyms Devid Vens arasında debat isə oktyabrın 1-də keçiriləcək.
Bundan sonra Amerika xalqının oktyabrda Harris və Trampın növbəti debatını görmək üçün daha bir fürsəti olacaq.
Oktyabrda keçiriləcək debatla bağlı konkret tarix hələ açıqlanmayıb.
Qeyd edək ki, avqustun 11-də Tramp Harrislə üç raundluq televiziya debatını elan etmişdi. Onun sözlərinə görə, onlardan birincisi sentyabrın 4-də “Fox News”, ikincisi sentyabrın 10-da ABC, üçüncüsü isə sentyabrın 25-də NBC telekanalında baş tutmalı idi. Lakin sonradan Harrisin bu cədvəllə razılaşmadığı məlum oldu.
Tətbiqimizi yükləyə bilərsiniz