
Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, öncədən verilən məlumata əsasən, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.
Tətbiqimizi yükləyə bilərsiniz