İsveçrədən olan tədqiqatçılar, BMT və ÜST ekspertləri bu qənaətə gəliblər ki, 136 aşağı və orta gəlirli ölkədə 4,4 milyarddan çox insan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində nəzərdə tutulduğu kimi təmiz, təhlükəsiz suya davamlı çıxışdan məhrumdur.
Yeniavaz.com xəbər verir ki, bu məlumat “Science” elmi jurnalında dərc olunan məqalədə yer alıb.
Bildirilib ki, bu göstərici 2020-ci ildəkindən təxminən iki dəfə çoxdur.
Qeyd olunub ki, təmiz və təhlükəsiz suya çıxış ayrılmaz insan hüququdur və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biridir. Burada əsas məhdudlaşdırıcı amil suyun insan tullantıları ilə çirklənməsidir.
4,4 milyard insanın təxminən yarısı əhalinin 75%-dən çoxunun təmiz suya müntəzəm çıxışı olmayan Cənubi Asiya və Sub-Sahara Afrikasında yaşayır.