“Sabah” Konfrans Liqasında mübarizəni dayandırdı – Yenilənib


Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşü start götürüb.

Yeniavaz.com xəbər verir ki, oyun Bakı vaxtı ilə 20:00-da başlayıb.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.

***

27-ci dəqiqədə "Sabah"ın oyunçusu Sofian Çakla qırmızı vərəqə alır.

***

Oyunda ilk hissə başa çatdı. 

***

İkinci hissə başlayıb. 48-ci dəqiqədə qonaqlar hesabı açır. Rəhman Daşdəmirov avtoqol müəllifi olur - 0:1

***

Sabah" öz meydanında "Sent Patriks Atletik" komandasına 0:1 hesabı ilə məğlub olaraq UEFA Konfrans Liqasını tərk edib.
 

DİGƏR XƏBƏRLƏR

Top