“Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verməliyik” – Podolyak


Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qəfil hücumu Putini danışıqlar masasına oturtmağın yeganə yoludur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Independent” qəzetinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O, Ukrayna hücumunu “psixoloji” taktikanın bir hissəsi adlandırır: “Təkcə işğal Putini müharibənin buna dəyməz olduğuna inandırmaq üçün kifayət etmir. Biz Rusiyanı məcbur etmək üçün tamamilə aydın vasitələrdən istifadə etməliyik. Onlardan biri hərbi məcburetmə alətidir. Yəni iqtisadi və diplomatik vasitələrlə yanaşı, Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verməliyik. Kurskda hərbi məcburetmə vasitəsinin optimallaşdırılmasını görürük”.
Podolyak qeyd edib ki, Kursk vilayətində baş verən hadisələr ruslara müharibənin ağır reallıqlarını göstərib: “Ruslar müharibəni müzakirə etmirlər və ümumiyyətlə, özlərini kifayət qədər rahat hiss edirlər. Ancaq müharibə Rusiya ərazisinə keçəndə, təbii ki, qorxurlar. Bu da rusların psixoloji vəziyyətinə təsir edir”.
O, həmçinin Rusiyaya qarşı hücum əməliyyatlarında uzaqmənzilli raketlərin istifadəsinə qoyulan qadağanı tənqid edib. Onun fikrincə, bu məhdudiyyətin aradan qaldırılması müharibənin mənzərəsini dəyişəcək və Moskvaya müharibənin baha başa gəldiyini göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top