“Qarabağ” polşalı qapıçını transfer etdi


“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, qapıçı Mateuş Koxalski heyətə cəlb edilib.
“Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub və 24 yaşlı polşalı qolkiper ilə 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top