Suriyada yaralanan SEPAH-ın hərbi müşaviri öldü


ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumu zamanı Suriyada yaralanan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi müşaviri İranda ölüb.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH komandiri general-leytenant Hüseyn Salami məlumat verib.
“Suriyaya hücum edən koalisiya qüvvələrinin hava hücumundan sonra müalicə üçün İrana təhvil verilən Suriyadakı müşavirlərindən biri, SEPAH-ın Aerokosmik Qüvvələrinin polkovniki Əhmədrza Əfşari hava hücumu nəticəsində aldığı xəsarətlər nəticəsində bu gün dünyasını dəyişib”, - deyə Salami qeyd edib. 
İran mediası bir neçə gün əvvəl Suriyaya daxil olan koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumundan sonra Əfşarinin müalicə üçün İrana aparılması barədə məlumat yaymışdı.

DİGƏR XƏBƏRLƏR

Top