
Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları avqustun 14-də Rusiyanın Kursk vilayətində 102 rus əsgərini əsir götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN-a təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.
Eyni zamanda mənbə bunun rus əsgərlərinin bir əməliyyatda ən kütləvi əsir götürülməsi olduğunu vurğulayıb.
Əməiyyat “A” Mərkəzi Mühafizə Xidmətinin əsgərləri tərəfindən həyata keçirilib.

Mənbənin məlumatına görə, Ukrayna əsgərləri hər tərəfdən yaxşı möhkəmləndirilmiş yeraltı rabitə və şəxsi heyət üçün yaşayış yeri, yeməkxana, cəbbəxana ilə təchiz edilmiş rota dayaq məntəqəsini ələ keçiriblər.

Eyni zamanda mənbə qeyd edib ki, 102 məhbus arasında Rusiya Silahlı Qüvvələrinin 488-ci Qvardiya motoatıcı alayının və “Axmat” bölməsinin hərbçiləri də var.

Qeyd edək ki, daha əvvəl “Xoçu Jit” (Mən yaşamaq istəyirəm) fondu Kursk vilayətində rus əsgərlərindən ibarət bir rotanın necə təslim olduğunu əks etdirən video yaymışdı.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatı avqustun 6-dan başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz