
“Ludoqorets” futbol klubunun rəhbərliyi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a ağır məğlubiyyətdən sonra baş məşqçi Georgi Dermenciyevin istefasını qəbul edib.
Yeniavaz.com Bolqarıstan KİV-ə istinadla xəbər verir ki, Dermenciyev dünən məşqdən əvvəl futbolçularla vidalaşıb və bu gün onunla müqaviləyə rəsmən xitam verilib.
Onunla birlikdə köməkçisi Todor Jivondov da komanda ilə yollarını ayırıb.
Komandaya müvəqqəti olaraq “Ludoqorets”in ikinci komandasının baş məşqçisi Zahari Sirakov rəhbərlik edəcək.
Qeyd edək ki, ÇL-nin III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan Bolqarıstan təmsilçisi iki oyunda 8 qol buraxıb.
Tətbiqimizi yükləyə bilərsiniz