
Bu ilin ilk altı ayı ərzində ölkədə 45,4 min yeni iş yerləri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə yaradılan iş yerlərinin 95,1%-i qeyri-dövlət sektorunda açılıb.
Yeni açılan iş yerlərinin 10,6%-i yeni yaradılan müəssisə və təşkilatlarda, 88,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,3%-i fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 0,7%-i isə digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2024-cü ilin birinci yarımili ərzində ölkədə 4,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 48,6%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz