“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların nə qədər təqaüd aldığı açıqlandı


Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 1,3% və ya 66 nəfər azalıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 6 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 60 nəfər azalıb.
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 253 nəfər “Xalq”, 4 560 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top