
Rusiya avqustun 1-də Avropa Şurasının (AŞ) Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasından çıxıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi informasiya portalında yerləşdirilmiş rəsmi məlumatında qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının Rusiya tərəfindən denonsasiyası haqqında qanun imzalayıb.
Qeyd edək ki, konvensiya 1996-cı il fevralın 28-də Strasburqda imzalanıb.
Tətbiqimizi yükləyə bilərsiniz