Ölkədə nikahların sayı azalıb


Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 min 250 nikah və 10 min 430 boşanma halları qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
“Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,4), Qarabağ (5,3), Qazax-Tovuz və Mil-Muğan (4,7), Bakı şəhəri, Dağlıq Şirvan və Lənkəran-Astara (4,6), Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran (4,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,4) yüksək olub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top