
ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki qərargahı iyul ayında kiberhücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Siyasətçinin tərəfdaşları əmindirlər ki, hücum xarici qüvvələrin seçkilərə təsir etmək məqsədi daşıyan əməliyyatının tərkib hissəsi olub.
“İyul ayında təhlükəsizlik və hüquq qruplarımız Federal Təhlükəsizlik Bürosundan (FTB) xarici təsirin hədəfi olduğumuz barədə xəbərdarlıq alıb. Biz güclü kibertəhlükəsizlik tədbirləri gördük və bu hücumlar nəticəsində sistemlərimizdə hər hansı bir problem qeydə alınmadı”, - Harrisin kampaniyası bildirib.
Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından prezidentliyə namizəd (seçki yarışından çıxana qədər) Co Baydenin də seçki qərargahı kiberhücuma məruz qalmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz