
“Bloomberg” agentliyi Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən yazır ki, Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu itkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək səviyyəyə çatıb.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, Rusiya ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə bilməməsi və sərhədə nəzarəti ələ keçirə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının olmadığını göstərdi.
Agentliyin mənbələrindən birinin sözlərinə görə, bütün bunlar Rusiya hakimiyyətini cəbhə xəttində hərbçilərə möhlət vermək üçün “rotasiya” kimi təqdim oluna biləcək yeni səfərbərlik həyata keçirməyə məcbur edə bilər.
“Bloomberg”in başqa bir mənbəsi deyir ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.
Qrey edək ki, 21 sentyabr 2022-ci ildə Prezident Vladimir Putin Rusiyada 300 min insanı əhatə edən qismən səfərbərlik elan edib. Oktyabrın sonunda Putin səfərbərliyin başa çatdığını bildirsə də, müvafiq fərman imzalamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz