Neft hasilatı 4,3% azalıb, qaz hasilatı isə 6,4% artıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 8% artıb.
Sənaye məhsulunun 65%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3% azalıb, əmtəəlik qaz hasilatı isə 6,4% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top