Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin 84,4%-nin istehsal ili 10 ildən çoxdur.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ölkədə qeydiyyatda olan 1 milyon 501 min 957 ədəd avtomobilin 1 milyon 267 min 664-nün yaşı 10 ildən yuxarıdır. Bu avtomobillərin 44,2%-nin və ya 664 min 152-nin yaşı 20 ildən çoxdur.
Məlumat üşün bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə 152 min 484 ədəd və ya ümumi minik avtomobillərinin 10,1%-nin yaşı isə 5 ildən 10 ilə qədərdir.
Bütün minik avtomobillərinin 81 min 809-nun və ya 5,4%-nin yaşı 5 ildən azdır.
Onu da bildirək ki, 4 il əvvəl – 2020-ci ildə ölkədə qeydiyyatda olan 1 milyon 264 min 542 ədəd avtomobilin 993 min 365-nin və ya 78,5%-nin yaşı 10 ildən yuxarı olub.
Elnur Əli