37 yaşlı niderlandlı Anton Notenbom 3450 kilometr ayaqyalın piyada qət edərək, dünya rekordu vurub.
Yeniavaz.com “NL Times” nəşrinə istinadla xəbər verir ki, o, bazar günü günortadan sonra Amerikanın Sent-Luis ştatına çatıb.
Notenbom səfərinə fevralın 17-də Kaliforniyadakı Santa-Monika çimərliyindən başlayıb və 3450 kilometrlik yolu 175 gündə qət edib. Bununla da o, Ginnesin Rekordlar Kitabına düşüb.
İndi Notenbom Nyu-Yorka daha 1700 kilometr piyada getməyi planlaşdırır.
Onun nümayəndəsinin sözlərinə görə, hollandiyalının “Tayms” meydanına gəlişi noyabrın 2-də gözlənilir.
Nümayəndənin sözlərinə görə, Notenbom bu səfərdə çətin günlər keçirib: son vaxtlar temperatur 35 dərəcəyə qədər qalxdığı üçün yollar çox isti olub.
Nəşrin qeyd etdiyinə görə, əvvəlki rekord 3409,75 kilometr təşkil edib.