
Son bir həftə ərzində Rusiyanın milli valyutası – rubl dollar qarşısında 4,6% dəyərdən düşüb.
Yeniavaz.com xəbər verir ki, avqust ayının 5-də 1 dollar 87 rubla bərabər olduğu halda, bu gün 91 rubla bərabər olub.
Qeyd edək ki, rublun dollar qarşısında dəyərdən düşməsinin əsas səbəbi kimi Ukrayna Silahlı Qüvvələrinin ötən həftə Rusiyanın Kursk bölgəsinə daxil olması göstərilir.
Tətbiqimizi yükləyə bilərsiniz