
Bu gün səhər saatlarında Mingəçevir sakini 1979-cu il təcəllüdlü Hüseynov Saqif Raqif oğlu Mingəçevir su anbarında batıb.
Yeniavaz.com xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc-axtarış qrupunun xilasediciləri cəlb olunub.
Batan şəxsin meyiti su anbarının ərazisindən kənarda, Goranboy ərazisindən tapılıb aidiyyəti üzrə təhvil verilib.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz