ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərəcək


ABŞ-nin müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Lincoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bazar günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilib.
Sənəddən məlum olduğu kimi, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı aparıb və o, ABŞ-nin İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu təsdiqləyib, həmçinin, regionda gərginliyin artması fonunda ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini bəyan edib.
Ostin xüsusilə qeyd edib ki, o, “Abraham Lincoln” təyyarədaşıyıcısının F-35C qırıcıları ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına yerləşdirilməsini sürətləndirməyi əmr edib.
Eyni zamanda, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi artıq regiondadır. Bundan əlavə, Pentaqonun rəhbəri qanadlı raketlərlə təchiz edilmiş “USS Georgia” nüvə sualtı qayığının CENTCOM-un məsuliyyət zonasına göndərilməsini əmr edib.
Sənəddə qeyd olunur ki, Ostin və Qalant İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərini və orada atəşkəs razılaşmasına nail olmaq səylərini müzakirə ediblər. Bundan əlavə, söhbətin mövzusu “İran, “Hizbullah” və İranla əlaqəli digər qrupların təcavüzünün qarşısını almaq cəhdləri olub.
Qeyd edək ki, bundan əvvəl Ostin Amerika-Avstraliya danışıqlarının nəticələrinə əsasən bildirmişdi ki, Vaşinqton administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu, o cümlədən kreyser və esmineslərin, eləcə də aviasiya vasitələrinin ötürülməsi yolu ilə gücləndirir.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin avqustun 31-də Tehranda öldürülməsindən və “Hizbullah”ın hərbi qanadının komandirlərindən Fuad Şükrün Beyrutda zərərsizləşdilməsindən sonra başlayıb. İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top