Zaporojye AES-ə hücum – Nə baş verir?


Rusiya tərəfi Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına (AES) kamikadze pilotsuz uçan aparatla (PUA) hücum etdiyini iddi edir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya hökuməti tərəfindən stansiyaya kommunikasiya direktoru təyin olunmuş Yevgeniya Yaşina “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-ə hücum etdiyi pilotsuz uçan aparat Dnepr çayının sağ sahilində yerləşən və Kiyevin nəzarəti altında olan Dnepropetrovsk vilayətinin Nikopol şəhərindən buraxılıb.
"Zərbə nəticəsində stansiyanın soyuducu qüllələri ərazisində yanğın baş verib. Zərbədən sonra 1 saylı soyuducu qüllə zədələnib. Yanğın stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. Soyuducu qülləsində baş verən yanğın tam söndürülüb".
Qeyd olunub ki, PUA hücumu nəticəsində Zaporojye AES-in infrastrukturuna ilk dəfə ziyan dəyib, lakin ölən və ya yaralanan olmayıb.
Ukrayna rəsmiləri isə AES-də təxribatı elə Rusiya tərəfinin törətdiyini bəyan ediblər. Bildirilir ki, ruslar Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinin irəliləməsi fonunda qəsdən AES mövzusunu şişirdirlər və diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top