Seçkidə iştirak edən ən yaşlı namizədin 86, ən gənc namizədin 18 yaşı var


Sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində 1 052 nəfərin namizədliyi qeydə alınıb.
Yeniavaz.com
 xəbər verir ki, namizədliyi qeydə alınan şəxslər arasında ən yaşlı şəxsin 86, ən gənc şəxsin isə 18 yaşı var.
Qeyd edək ki, ən yaşlı şəxs namizədliyi Müsavat partiyası tərəfindən irəli sürülən 1938-ci il təvəllüdlü Oqtay Qəmbər oğlu Zeynəlovdur. O, 38 saylı Gəncə birinci seçki dairəsində namizəd olub.
Ən gənc şəxs isə 2006-ci il təvəllüdlü Zəbulla Nizami oğlu Hüseynovdur. Tələbə olduğu bildirilən Zəbulla Hüseynov 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində namizəd olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top