Azərbaycan olimpiadalar tarixində ən yüksək nəticə əldə edib


Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarını 30-cu pillədə başa vurub.
Yeniavaz.com
xəbər verir ki, bu Azərbaycanın olimpiadalar tarixində əldə etdiyi ən yüksək nəticədir.
Bundan əvvəl ən yaxşı nəticə London-2012 Yay Olimpiya Oyunlarında əldə olunub –  32-ci yer.
Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanə təmsil edən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

DİGƏR XƏBƏRLƏR

Top