İsrail ordusu Xan Yunisin şimalında yeni hərbi əməliyyata başlayır


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Xan Yunisin şimalındakı Əl-Cəla bölgəsində Fələstinin HƏMAS hərəkatına qarşı əməliyyat keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən yerli əhaliyə ərazinin təxliyəsi ilə bağlı çağırış edilib.
“IDF bölgədə terror təşkilatlarına qarşı əməliyyat keçirmək niyyətindədir və Əl-Cəla yaxınlığında qalan əhalini müvəqqəti olaraq humanitar zonaya təxliyə etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, əməliyyat terror fəaliyyəti, humanitar zonadan terror fəaliyyətləri üçün istifadə edilməsi və Əl-Cəla bölgəsindən İsrail dövlətinə raket hücumları səbəbindən həyata keçiriləcək.
“HƏMAS-ın əraziyə terror infrastrukturu yerləşdirdiyini göstərən dəqiq kəşfiyyat məlumatları var”.

DİGƏR XƏBƏRLƏR

Top