
“Barselona” klubu azərbaycanlı futbolçu Eldar Tağızadənin “Barsa Atletik”ə (Barselona B – Barselonanın ehtiyat komandasıdır.) keçidi ilə bağlı razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, 2003-cü il mayın 30-da Bakıda anadan olan qapıçı ötən mövsüm İspaniyanın “Luqo” komandasında çıxış edib.
Qeyd olunub ki, o, artıq tibbi yoxlanışdan keçib və bu şənbə artıq “Barsa Atletik”in “Hospitalet” ilə oynayacağı yoldaşlıq oyununun heyətinə daxil edilib.
Qeyd olunub ki, Eldar Tağızadə karyerasına Bakıda “Neftçi”nin heyətində başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz