
“Kursk vilayətinin operativ qərargahı bölgənin sərhədyanı rayonlarının 76 mindən çox sakinini müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin idarələrarası operativ qərargahdakı nümayəndəsi Artem Şarov danışıb.
Bildirilir ki, rayonun sərhədyanı rayonlarından olan 4,4 mindən çox insan müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilib.
Qeyd edilir ki, ümumilikdə Rusiyanın səkkiz vilayətində Ukrayna ilə həmsərhəd əraziləri tərk edənlər üçün 60-a yaxın müvəqqəti yerləşdirmə mərkəzi təşkil olunub. Bunlardan 26-sı Kursk vilayətindədir.
Xatırladaq ki, avqustun 6-da Ukrayna hərbçiləri Kursk vilayətinin ərazisinə daxil olaraq sərhədyanı rayonlarda möhkəmləniblər. Rusiya Müdafiə Nazirliyi bildirir ki, rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə doğru irəliləyişini dayandırır. Bununla belə, bölgədə döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələrinin hücumu fonunda Kursk vilayətində, eləcə də qonşu Bryansk və Belqorod vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz