Kanada Lukaşenkonun oğluna qarşı sanksiya tətbiq etdi


Kanada Belarus Prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikola Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata görə, Belarus liderinin 19 yaşlı oğlu ilə yanaşı, yerli məhkəmələrin hakimləri, Belarus müdafiə nazirinin müavini Andrey Fedin və Belarus Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin birinci müavini Oleq Mişşenko da sanksiya siyahısına daxil edilib.
Digər tərəfdən, Belarusun 16 müəssisəsinə də sanksiya tətbiq edilib.
Kanada rəsmilərinə görə, bu vətəndaşların davam edən və sistematik insan hüquqları pozuntularında əli olduğu iddia edilir. Məhdudlaşdırıcı tədbirlər kanadalılara sanksiya siyahısına daxil edilmiş şəxslərlə hər hansı işgüzar əməliyyatlar aparmağı qadağan edir və onların Kanadaya daxil olması da qadağandır.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Belarusun hərbi-sənaye kompleksinə və ölkənin bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top