
İkiqat Olimpiya çempionu, dördqat NBA çempionu, “Los-Angeles Lakers”ın hücumçusu Lebron Ceyms “Boston Seltiks” klubunun ortaq sahibi ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, məşhur klub artıq satışa çıxarılıb və bu klubu almağa iddialı olanlardan biri də 39 yaşlı basketbolçunun sıx əməkdaşlıq etdiyi “Fenway Sports Group” investisiya qrupudur.
Basketbolçu hazırda müqavilədə iştirak edə bilməyəcək. Lakin satış iki mərhələdən ibarət olacağı üçün səhmlərin 49 faizi 2028-ci ilə qədər saxlanılacaq. Karyerasını başa vurduqdan sonra isə idmançı müqavilənin ikinci mərhələsinə qoşula biləcək.
Qeyd edək ki, “Boston Seltiks” 18 dəfə NBA çempionluğunu qazanıb. O, həmçinin NBA-in indiki çempiondur.
Xatırladaq ki, Lebron Ceyms 2018-ci ildən “Los-Anceles Leykers”in formasını geyinir.
Tətbiqimizi yükləyə bilərsiniz