Kim Çen In sevmədiyi nənəsinin malikanəsini sökdü


Şimali Koreya lideri Kim Çen In sevmədiyi nənəsinin malikanəsini söküb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Kim Çen In buldozerlə nənəsinin evinin sökülməsinə göstəriş verib. Mənbələrin dediyinə görə, heç kimin yaşamadığı malikanənin saxlanması dövlət üçün çox baha başa gəlib:
“Ev 11 hektar meşə ilə əhatə olunmuş Hapcanq çayı üzərindəki süni gölün yanındakı kiçik təpədə yerləşirdi. O, həmçinin təhlükəsizlik çəpəri ilə qorunurdu. H
Həyətdə mühafizəçilər və digər işçilər üçün yaşayış sahəsi olub”.
Şimali Koreya üzrə ekspert Ceykob Boql bildirib ki, Kim Çen Inın nənəsi Kim Sonq Ae KXDR-in hazırkı hökmdarının atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb kimi qadının sürgünə göndərilən digər oğlu Kim Pyonq İri hakimiyyətin yuxarı eşelonlarına sıxışdırmağa çalışması göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top