
Bakı vaxtı ilə saat 01:59-a olan məlumata görə, növbəti ticarət sessiyası zamanı bitkoinin qiyməti 10,3% bahalaşaraq, 61,128 min dollar olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Binance” platforması məlumat yayıb.
Bakı vaxtı ilə saat 02:16-a olan məlumata görə, bitkoin öz yüksəlişini bir qədər səngidib və onun qiyməti 60,674 dollar təşkil edib.
Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs və ya şəxslər tərəfindən yaradılıb. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Son vaxtlar bitkoinin tədarükü təbii şəkildə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz