Əli Kərimlini məhkəməyə verdilər


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məhkəməyə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat dərc edib.
Partiya sədri bildirib ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb:
“İş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Məhkəmədən mənə göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən, hansı bəhanə ilə qaldırıldığı yazılmayıb. Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.
Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam”.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əli Kərimlini AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu məhkəməyə verib.
Qeyd olunub ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərən A. Əliyev AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə partiya sıralarından kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top