
Bakı Fond Birjasının (BFB) üzvü olan investisiya şirkətlərinin bu il üçün dövriyyələri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə ən çox əməliyyat həyata keçirən şirkət “Paşa Kapital İnvestisiya Şirkəti” QSC olub.
Bu şirkətin 4 min 26 əməliyyat üzrə ümumi dövriyyəsi 16 milyard 444 milyon 844 min 299 manat olub.
Birjada ən az əməliyyat həyta keçirən şirkət isə “Troni İnvestisiya Şirkəti” QSC olub. Bu şirkətin 8 əməliyyat üzrə 1 milyon 990 min 556 manatlıq dövriyyəsi olub.

Elnur Əli