
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb.
Güləşçimiz xalçadan 4:11 hesabı ilə məğlub ayrılıb. Rəqib finala vəsiqə qazansa, Ə.Rzazadə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz