
“Real Madrid”in yeni futbolçusu, Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe yeni klubunda ilk məşqini keçirib.
Yeniavaz.com xəbər verir ki, “Real Madrid”in “X” səhifəsində komandanın idman zalındakı məşqlərindən fotolar yerləşdirilib.
Məşq qapalı idman zalında keçib və topsuz hərəkətləri əhatə edib
Hazırda kral klubu İtaliya “Atalanta”sı ilə Avropa Superkuboku oyununa hazırlaşır.
Oyun avqustun 14-də Polşanın paytaxtı Varşavada keçiriləcək.
Qeyd edək ki, “Los Blancos” futbolçunun transferini iyunun 3-də elan edib. Mbappe “Real”la 2029-cu ilin yayına qədər beş illik müqavilə imzalayıb.
Xatırladaq ki, fransız futbolçu əvvəllər PSJ-də çıxış edib. O, komandanın heyətində 308 oyun keçirib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib. Parislilərlə birlikdə hücumçu altı dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun və Superkubokunun qalibi olub. O, həmçinin iki dəfə Liqa Kubokunda qələbə qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz