Ərdoğan Maduronu Türkiyəyə dəvət etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 28-də keçirilən prezident seçkilərində qalib gələn Venesuela Prezidenti Nikolas Maduronu Türkiyəyə rəsmi səfərə dəvət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Xil Pintonun “X” səhifəsində yerləşdirilmiş Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Ərdoğan Maduro ilə telefon danışığında Venesuela ilə Türkiyə arasında əməkdaşlıq və qardaşlıq əlaqələrini təsdiqləyib və Venesuela Prezidenti Nikolas Maduronu iki ölkə arasında strateji layihələrin daha da inkişaf etdirilməsi üçün ən qısa zamanda Türkiyəyə rəsmi səfərə dəvət edib”, - bəyanatda qeyd edilib.
Xarici İşlər Nazirliyi bildirib ki, Ərdoğan həmçinin Milli Seçki Şurasının elan etdiyi prezident seçkilərinin nəticələrini təsdiq etmək üçün Venesuela Ali Məhkəməsinin atdığı addımları dəstəkləyib.
Qeyd edək ki, Venesuela Ali Məhkəməsinin Seçki Palatası iyulun 28-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləmək üçün ölkənin Milli Seçki Şurası, prezidentliyə namizədlər və siyasi partiyalar tərəfindən təqdim edilən seçki məntəqələrinin protokollarının və digər sənədlərin yoxlanılmasını və ekspertizasını həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top