İsrail “Amazon”, “Google” və “Microsoft”dan hərbi məqsədlər üçün istifadə edir – KİV


İsrail Müdafiə Qüvvələri (IDF) Amerikanın “Amazon”, “Google” və “Microsoft” şirkətlərinin bulud hesablama xidmətlərindən hərbi məqsədlər üçün istifadə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.
Məlumata görə, “Amazon Web Services”, “Google Cloud” və “Microsoft Azure” İsrail silahlı qüvvələri tərəfindən kəşfiyyat xarakterli dronlardan alınan məlumatları saxlamaq və raket zərbələri üçün hədəf təyin etmək üçün istifadə olunur.
Bundan əlavə, qeyd olunub ki, məlumatların emalında süni intellektdən istifadə edilir.

DİGƏR XƏBƏRLƏR

Top