“Fort Boyard”ın keçmiş teleaparıcısı Patris Laffont 84 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Bildirilir ki, aparıcının ölüm səbəbi infarkt olub.
1972-1989-cu illərdə Laffont Fransanın ən məşhur oyun şoularından biri olan “Des chiffres et des Lettres”in siması olub. 1990-cı illərdə “Fort Boyard” və məşhur “Piramida” verilişinin aparıcısı olub. Bundan əlavə, o, film çəkilişlərində və teatr tamaşalarında iştirak edib.