
Venesuelada iyulun 28-də keçirilən prezident seçkilərindən sonra baş tutan etiraz aksiyaları zamanı iğtişaşlarda və zorakılıq aktlarında iştirak etdiyinə görə 2,2 mindən çox insan saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.
“Artıq 2229 terrorçu saxlanılıb, bütün sübutlar var. Şənbə günü terrorçular və cinayətkarlar Tokoron və Tokuito həbsxanalarına göndəriləcək”, - Venesuela lideri bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslər küçələrdə ölkə vətəndaşlarına hücumlar törədib, xəstəxanalara, məktəblərə, universitetlərə, həmçinin polis bölmələrinə və bələdiyyə binalarına od vurublar.
Maduro vurğulayıb ki, Venesuelada baş verən hadisələrə görə seçkilərdə məğlub olan Edmundo Qonzales Urrutia və müxalifət liderlərindən biri Maria Korina Maçadonun məsuliyyət daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz